Sıyahınızda olan növbəti serialı bitirmisiz və Game of Thrones kimi uzun, ağır yox, nisbətən yüngül, işdən sonra 1-2 seriyasına baxa biləcəyiniz bir yeni serial axtarırsız? Amerikanın 20-ci illərdəki yaşayışından, musiqisindən, maşınlarından, dəbindən çox xoşunuz gəlir? Və ən əsası, XX əsrin ən mühüm Amerikan yazıçılarından biri olan Frensis Skot Fitsceraldın və onun həyat yoldaşının - təmtəraqlı və parlaq caz erasının ikonası sayılan Zelda Seyer Fitsceraldın - həyatından maraqlanmaq istəyirsizsə o zaman Amazonun istehsalı olan "Z: The Beginning of Everything" mini-serialı sizin üçün çox gözəl seçim olmalıdır.
Serial çox yüngül gedir, hər seriyası təxminən 30 dəqiqədir və bu 30 dəqiqəyə yaradıcılar qədəri ilə həm dram, həm də azacıq da olsa komediya elementlərini yerləşdirməyə nail olublar. Əlbəttə hamının təəssüratları fərqli ola bilər, amma bu mini-serial mənim üçün "bir seriyasına da baxım, yatıram (bütün sezonu bitirdi)" tipli serial oldu. Serial nisbətən yenidir, 2015-ci ildə pilot seriyası, 2017-ci ilin yanvarında isə qalan seriyaları hamsı eyni anda çıxdı. Tövsiyyəm seriala orijinal dildə və subtitrlarla baxmaqdır, beləcə serialın abu-havasına düşmək daha asan olur. Serialın icmalını etməyəcəm, uzun-uzadı da yazmayacam. Diqqətinizə serialın treylerini təqdim edirəm:
Şərhlər