AhmCho website logo

Yüklənir...

Virusla gizlədilən faylların açılması



Bir çoxlarının kompüterləri onlardan xəbərsiz viruslara yoluxur. Bunun nəticəsində isə bəzən flash kartları və s. yaddaş qurğularını kompüterə qoşan anda bu viruslar dərhal onlara keçir və qurğudakı bütün faylları gizlədir. Yəni ki, qurğu həcmcə doludur, amma fayllar görünmür. Əvvəla, bu qaydanı özünüz üçün qırmız rənglə qeyd edin:

Heç vaxt virus olan kompyüterə taxdığınız flashı adi "Open" əmri ilə açmayın. Çünki o əmri verən kimi, 90% hallarda viruslar o flashlara köçür və flashınız yoluxur.

Bunun əvəzində hansısa arxivator proqramınız varsa (WinRAR, 7-Zip və s. ), ondan istifadə edərək açın.

Yox,əgər açdınızsa və virus fayllarınızı gizlədibsə, eybi yox. Bunun da çıxış yolu var. Əlbəttə ilk öncə flashı və kompüteri viruslardan təmizləmək lazımdır. Bu alqoritmə riayət edin:

  1. Saytdan bu faylı yükləyirsiz.
  2. Arxivin içindəki Show Hidden.bat faylını çıxardırsız.
  3. Daha sonra onu yüklədiyiniz yerdən flash kartınıza "Send To" əmri ilə göndərirsiz.
  4. .bat faylını işə salırsız.

Vəssalam. Hər şeyi düzgün etdinizsə, artıq bütün fayllar görünməlidir :)

Şərhlər

Яндекс.Метрика