İnternetdən gündəlik istifadə edən adamsızsa, yəgin ki, həmişə müxtəlif saytlarda mövcud olan saysız-hesabsız reklamlara rast gəlmisiz və onları gizlətmək istəmisiz. Misal olaraq Day.Az internet-portalının üzərində göstərəcəm. Sayta girən kimi, biz belə bir görüntü ilə qarşılaşırıq:
Baxmayaraq ki, bu saytdakı reklam aqressiv deyil, yenə də səhifənin təxminən 40% reklam bannerləri tutur. Başqa saytlarda isə bundan daha bərbad hallar mövcuddur. Məsələn, linkə basılan zaman reklam pəncərəsinin açılması, sizə antivirusunuzun köhnəldiyini və yeni versiyanı yükləməyi təklif edən səhifələrin açılması və s. Belə halların baş verməməsi üçün sizə AdBlock Plus-u yükləməyi məsləhət görürəm. Bu saytlarda mövcud olan əksər reklamları bloklayan tətbiqetmədir. AdBlockun işini sizə elə Day.Az-ın üzərində göstərim, aşağıdakı şəkil artıq reklamsız və necə deyərlər "tər-təmiz" səhifədir.
AdBlockun səhifəsinə keçid etdikdə, sizin brauzeriniz avtomatik təyin olunur və o brauzerə uyğun versiyanı yükləmək üçün link verilir. Məsələn, Google Chrome-dan istifadə edirsizə belə səhifə ilə
FireFox brauzerindən istifadə etdikdə isə belə səhifə ilə rastlaşacaqsız
Yəni bu tətbiqetmə hər bir populyar brauzer üçün yaradılmışdır və siz hətta onu Android smartfonunuz üçün də yükləyə bilərsiz. Chrome üçün versiyanı yükləmək istədikdə siz belə bir pəncərə ilə rastlaşacaqsız:
Şəkildə göstərilən "Add extension" düyməsinə basdıqdan sonra tətbiq brauzerə yüklənilir istifadə üçün bircə addım qalır. Yükləndinkən sonra brauzerin sağ yuxarı küncündə onun ikonkasına basaraq menyusunu açın:
Açılan menyuda işarələdiyim "Options" düyməsinə basın.
Açılan pəncərədə sizə AdBlock-un istifadə etdiyi aktiv reklam filtrlərini görəcəksiniz.
"Add filter subsciption" düyməsinə basdıqda isə başqa filtrlərin siyahısını görəcəksiz. Sizə məsləhət edirəm onlardan yalnız bu ikisini əlavə edəsiz
Əlbəttə başqalarını da əlavə edə bilərsiz, amma zənnimcə bu ikisi sizə bəs edər. Bunlardan birini seçirsiz,siyahının altında "Add" düyməsi yaranır və ona basaraq filtri işə salırsız. Daha sonra ikinci filtrla eyni addımı təkrar edirsiz.
Vəssalam. Yoxlamaq üçün isə istənilən səhifəni açın və AdBlock-u şəkildəki yerdən söndürüb-yandırın və səhifəni yeniləyin ki, nəticəni görəsiz.
Yazı sizə kömək oldusa bəyənməyi unutmayın !
Şərhlər