Bu yaxınlarda Amazondan aldığım Fire HD 8 planşetini çox bəyəndiyimə baxmayaraq, bir xırda nüansı var idi. Bügünə kimi işlətdiyim bütün Android qurğularda mövcud olan Google servislər bu planşetdə Amazonun servisləri ilə əvəz olunmuşdu. Başa düşdüyünüz qədəri ilə, hamının öyrəşdiyi Play Market burada yox idi. Amma internetdə azacıq axtarış etdikdən sonra, bunun həllini tapdım. Həll yolu isə belədir
İlk öncə "Settings" menyusuna girib "Security" alt menyusuna girmək lazımdır

Daha sonra "Apps from Unknown Sources" seçimi aktivləşdirmək lazımdır. Bunu aktivləşdirməklə siz planşetinizə internetdən yüklədiyiniz istənilən .apk faylları quraşdıra biləcəksiniz.

Sonra buradakı və buradakı .apk faylları yükləyib planşetinizə atın. Planşet microSD kart dəstəklədiyinə görə həmin faylları karta da ata bilərsiz. Daha sonra isə bu faylları quraşdırın ("Install" düyməsinə basın) . Hər fayl üçün ayrıca screenshot qoymaq mənasız olduğuna görə, bir fayl üçün quraşdırma prosesinin pəncərəsini göstərmək qərarına gəldim. Quraşdırdıqdan sonra heç bir faylı "Open" basıb açmayın.

Planşetinizi yandırıb söndürün. Başqa planşetlərdə reboot funksiyası söndürülmə menyusunuda olduğu halda, Fire-da ancaq qurğunu söndürmək seçimi vardır. Ona görə siz özünüz onu söndürüb yandırmalısız.
Menyuda "Play Store"-u tapıb açın. İlk açdığınızda bununla rastlaşacaqsınız. Əgər sizin Google akkauntunuz varsa o zaman "Existing" düyməsinə basıb öz email və şifrənizi daxil edin. Ya da "New" düyməsinə basaraq yeni akkaunt açın.
Hər şeyi düz etdiyiniz halda Play Market açılacaq və standart pəncərəsi görünəcək

Vəssalam. Siz artıq istədiyiniz tətbiqləri yükləyə bilərsiniz
Şərhlər