Özünüzə nəvaxtsa sayt yaratmaq fikriniz olubsa və internetdə axtarış etmisizsə, çoxlu sayda kontenti idarəetmə sistemlərinin adları ilə tanış olmusuz. Məsələn, Blogger, WordPress, Joomla, Droopal və s. Bugün isə özümün istifadə etdiyimin və bu saytı qurduğum OctoberCMS üçün kod parçası paylaşacam. Bu sistemin quraşdırılmasını, incəliklərini gələn postlarda ətraflı şəkildə paylaşmaq fikrim var. Amma hal-hazırda, bu sistemdən azdan-çoxdan başı çıxanlar üçün postu yazıram. Saytım 3 dildə - rus, azərbaycan və ingilis dilində fəaliyyət göstərdiyinə görə, mən çalışıram ki, saytın bütün elementlərini hər üç dilə tərcümə edim. Əksər elementlər problemsiz tərcümə olunduğu halda, özümün və bir çox bloqerlərin istifadə etdiyi Facebookun "like" və "share" düymələri normalda, Facebookun quraşdırmaları səhifəsində, ancaq ingilis dilində olan variantlı kod parçasını verirlər. İnternetdə azacıq araşdırma apardıqdan sonra bu 2 düymənin saytın dilinə uyğun dəyişilməsi yolunu tapdım.
- İlk öncə saytınızda "config/app.php" qovuluğunda yerləşən faylı açın. Əvvəllər bu fayla dəyişiklik olunmayıbsa, fayl açılanda
locale=>ensətrini tapın.enəvəzinə dırnaqların daxilində saytın standart dilini qeyd edin. Bunun üçün əvvəl yaratdığınız dil kodunu ora yazın. - Saytın CMS menyusunua daxil olub
Layoutsalt-menyusuna daxil olun. Orada sizin standartlayoutfaylınızı açın. FaylınCodehissəsinə keçib belə bir funksiya yaradın.
function onStart() { if (App::getLocale() == 'en') { $fb_lang = "en_US"; $this->page["facebooklang"] = $fb_lang; } elseif (App::getLocale() == 'aze') { $fb_lang = "az_AZ"; $this->page["facebooklang"] = $fb_lang; } elseif (App::getLocale() == 'rus') { $fb_lang = "ru_RU"; $this->page["facebooklang"] = $fb_lang; } }Qeyd etmək lazımdır ki, buradakı dəyişənlərin adları mənim seçimimdir və siz dəyişənlərinizə istədiyiniz adı verə bilərsiniz.
- Daha sonra isə saytın
Markuphissəsinə keçib Facebookun kod hissəsini tapın və bu sətri tapın:
js.src = "//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.9"
Buradaen_USyerinə{{this.page.facebooklang}}yazın. Qeyd edim ki,facebooklangəvəzinə siz gərək öz dəyişəninizin adınızı yazmalısınız. - Vəssalam! Saytda "like" və "share" düymələrini qoyduğunuz səhifəni tapın və saytın dilini dəyişib düymələrin dilinin dəyişəcəyini görəcəksiniz.
Şərhlər