AhmCho website logo

Yüklənir...

Dunkirk icmalı



Kristofer Nolanın növbəti işini bir çoxları gözləyirdi. Bugün premyerası baş tutdu və kinoya baxan insan kimi spoilersiz qısa fikrimi paylaşacam. Əsas sual : Nolanda yenə alındı mı?

Qabaqcadan deyim ki, bu filmə qarşı gözləntilərim çox idi. İkinci dünya müharibəsi bağlı kinolar, oyunlar, ümumiyyətlə hər bir material mənə sonsuz dərəcədə maraqlı gəlir. Nolanın kinolarını də çox bəyənirəm, ən sevdiyim rejissorlardan biridir. Və bu ikisi bir araya gəlməsi xəbərini eşidəndə çox sevinmişdim. Uzun-uzadı gözləntilərdən nəhayət bugün gedib ona baxa bildim. Və...Çox məyus oldum. Həmişə Nolandan fantastik-psixoloji kinolar gözlədiyim üçün fikirləşirdim ki, bu kinoda da azacıq da olsa o Nolanı görə biləcəm. Amma çox əfsus ki, bu heç bir fantastika elementi olmayan hərbi dramdır. Ola bilər ki, Kristofer özünü yeni janrda yoxlamaq istədiyi üçün bu kinonu çəkib. Üstəlik 2-ci dünya müharibəsi zamanı baş verən Dünkirk döyüşünü əsas kimi götürmək çox uğurlu bir seçimdir. 1942-ci ilin 26 may - 4 iyun tarixləri arasında baş vermiş bu əməliyyatda əsas prioritet kimi AntiHitler Koalisiyasında vuruşan mütəffiq qüvvələrin, daha dəqiq olsa : Dünkirk şəhərinin ətrafında almanlarla döyüşdən sonra blokadada qalmış ingilis,fransız və belçika hərbi hissələrinin evakuasiyası idi. Nəticə etibarı ilə, 300.000-dən çox insan xilas olmuşdu. Bir fikirləşin, bu cür tarixi cəhətdən mühüm hərbi əməliyyata aid çox maraqlı bir kino çəkmək olardı. Bizə isə vizual cəhətdən əsrarəngiz, operator işi möhtəşəm, musiqi müşaiyəti əla olan, amma yadda qalan səhnəsi olmayan kino təqdim edirlər. Kino gedən vaxtı dəfələrlə saspensdən istifadə edərək yaxınlaşacaq qorxulu anları süni olaraq çox uzadıblar. Bəzi anlarda adamın ürəyi tab gətirməyib lap "Ala hə də, hə, di qurtar" deməsi gəlir. Xronoloji cəhətdən qəhrəmanların nələr yaşadıqlarını çox maraqlı şəkildə göstəriblər, bir hekayənin əvvəli digərinin əvvəlinə çox hamar keçir, müxtəlif flashbacklarla bizə bunun və ya digərinin niyə məhz bu qərarı verdiyini anladırlar. Kinonun bütün ekşn səhnələri çox əla çəkilib, hər dəfə nəfəs kəsilə-kəsilə baxılır. Texniki cəhətdən kinoya söz yoxdur, amma bəlkə də günah məndə olduğu üçün, Nolandan həmişəki kimi çox beyinyorucu və birinci dəfədən başa düşülməyən səhnələr, izahatlar gözlədiyim halda heç birini görmədiyim üçün biraz qarışıq hisslər yaranıb. Kinodan təzə çıxdığım vaxt, kinodan xoşum gəlmədiyini desəm, çox kiçiltmiş olacam. Amma indi oturub fikirləşdikdən sonra belə qərara gəldim ki,bu hamının gözlədiyi Nolan kinosu deyil . Bu yeni bir...eksperiment (bilmirəm bunu demək uyğundur ya yox) sayıla bilər. Spielbergın Kubrik stilində,Kubrikin Spielberg stilində çəkdiyi kino var, Koppolanın Kolambus stilində çəkdiyi kino var. Niyə də Nolanın Spielberg stilində çəkdiyi kinosu olmasın? Əgər İnterstellar, Memento, İnception kimi kino gözləyirsizsə bu kinonu məsləhət görmürəm. Amma əgər 2-ci dünya müharibəsi haqqında irimiqyaslı, ekşnlı, gözəl aktyor oyunlu hərbi dram istəyirsizsə rahat gedib baxın :)

Şərhlər

Яндекс.Метрика