OneDrive, DropBox, Google Drive kimi cloudlardan istifadə edirsizsə bilirsiz ki, bu servislər istifadçiləri üçün pulsuz ancaq bir neçə GB həcm təklif edir. Həcmi artırmaq lazım gəldiyi halda siz aylıq abunəyə qoşularaq uyğun olan həcmi ala bilərsiz. Amma başqalarından fərqli olaraq DropBox-da pulsuz həcm artırma mövcuddur. Gəlin onları araşdıraq:
Hesabınıza girdikdən sonra bu linkə keçid edərək, şəkildə göstərilən linkə basın.
Linkə basdığınız halda sizdə buna oxşar siyahı çıxacaq:
Bu siyahıda siz çox asan mərhələləri yerinə yetirərək pulsuz yer qaza bilərsiz. Şəkildən göründüyü kimi, DropBox-u facebookda, twitterdə izləməklə, həmin şəbəkələrdəki hesablarınızı DropBox-la əlaqələndirməklə bonus qazanırsız. Daha sonra tətbiqetməni telefona yüklədikdən sonra siz həmin tətbiqin içində "auto-backup" seçimini etsəniz, yəni kamera ilə çəkdiyiniz şəkilləri buluda göndərməyi seçim etsəniz, bundan sizə düz 3Gb bonus gələcək. Siyahıda yazılan "Linking with the Mailbox app" bonusunu artıq almaq mümkün deyil, çünki həmin servis öz fəaliyyətini dayandırıb.
Qeyd (MailBox DropBox-u yaradan komandanın elektron poçtlarla işləyən servisi idi)
İndi isə keçək növbəti üsula. Şəkildə göstərilən düyməni basın və sizdə yeni səhifə açılacaq.
Açılmış səhifədə siz dostlarınıza, tanışlarınıza email vasitəsilə dəvətnamə göndərmək üçün mətn yeri görəcəksiz.
Burada siz emailları yazaraq dəvəti göndərə bilərsiz. Emailə gələn linkə keçid edərək qeydiyyatdan keçən dostunuz, tanışınız sizə 500Mb bonus qazandırır.
İndi əsas mərhələyə toxunum. Əlbəttə sizin özünüzün bir neçə emaili olduğu halda onları da yaza bilərsiz. Amma nəzərə almaq lazımdır ki, DropBox hər zaman sizin kompyuterinizin IP və MAC ünvanlarını yoxlayır deyə, bir kompyuterdən qısa müddət ərzində bir neçə yeni istifadə açıldığı halda dəvətnamə göndərdiyiniz emaillər avtomatik olaraq saxta hesab olunur və dostunuz/tanışınız yeni hesab açsa belə sizə bonus gəlməyəcək. Hər dəfə yeni MAC ünvanı yeniləyib öz emailınızdan istifadə edərək həcmi artırmağın da yolu var. Amma yazı çox uzanmasın deyə, dediyim üsulu növbəti yazılarımın birində paylaşacam.
Şərhlər