AhmCho website logo

Yüklənir...

Dəmir Qazan icmalı



“Komediya janrının populyar janr olmasına baxmayaraq hər bir rejissor tərəfindən eyni şəkildə interpritasiya olunmur. Kimiləri standart şablonlardan istifadə edir, kimiləri həmin şablonları satirik şəkildə ifşa edir, kimiləri isə də tamamilə yeni üslubda, yeni stildə kinolar yaradırlar. Müasir zamanda komediyaların da artıq çox yayılmış standartları var. Buraya həm ailəvi komediyalar, həm PG-18 komediyalar, hansılarında ki, söyüşlərdən, seksual səhnələrdən və bəzən qara yumordan istifadə olunur,daxildir. Bunların hamsına baxmayaraq, bəzən bütün stereotipləri qıran, hərdən yaxşı mənada, hərdən o qədər də yaxşı mənada olmayan absurd kinolar çəkilir. Bunlara misal olaraq “Monti Payton və müqəddəs qraal”,”The Naked Gun” serial və 3 kinosunu, “Airplane” komediyalarını, “Austin Powers” antologiyasını misal göstərmək olar. Əlbəttə “Scary Movie” kinolarını da unutmaq olmaz. Amma bütün bu kinoların absurd olmaları onların normal süjetə,ssenariyə malik olmalarına mane olmur. Əlbəttə mən Oskara layiq bir neçə qatlı, hər bir xırda nüansına qədər düşünülmüş, illərlə itilənən və ideal vəziyyətə gətirilən ssenariləri nəzərdə tutmuram. Amma,bəzən “absurd kino” adı ilə, absurd kino janrına belə yad olan kinolar çəkilir. Bunlardan biri də, Kənan MM-in ilk komediyası olan Dəmir Qazan kinosudur.":

Dəmir Qazan

Şərhlər

Яндекс.Метрика